5 iyun 2014 17:22
Lyudoqoretsin qapıçısı: Yəqin Petevə yaxşı şərtlər təklif ediblər
Bolqarıstanın “Lyudoqorets” klubunun qapıçısı Vladislav Stoyanov azerisport.az saytına açıqlamasında təcrübəli mütəxəssis İvaylo Petevin “Qəbələ”yə mümkün keçidi haqda danışıb:
“Petevi uşaqlıqdan tanıyıram. Yaxşı futbolçu idi. İndi də yaxşı məşqçidir. Onunla birgə işləmişəm. O, həmişə tələbkar idi və qələbələrə susamışdı. Bu, onu əksər bolqar mütəxəssislərdən fərqləndirir. Əgər o, “Qəbələ”nin təklifinə razılaşıbsa, bu, o deməkdir ki, ona yaxşı şərtlər təklif ediblər. Əks halda, o, orada işləməzdi”.
