5 iyun 2014 16:40
Gürcüstan yığmasının hücumçusu Qarabağ və Bakıdan təkliflər alıb
Gürcüstan yığmasının və Polşa “Legiya”sının hücumçusu Vladimir Dvalişvili “Qarabağ” və “Bakı”dan təkliflər alıb. Azerisport.az xəbər verir ki, bu barədə futbolçu saytımıza müsahibəsində məlumat verib:
“Mənə Azərbaycandan ki təklif gəlib. Ancaq açıqlamaq istəmirəm. Təkid edirsinizsə, deyim: bu, “Qarabağ” və “Bakı”dır. Hələlik onları cavablamamışam. Çünki “Legiya”da işlərim yaşı gedir. Sabit oynayıram. Sonra nə olacağını zaman göstərəcək”.
