5 iyun 2014 16:28
Lansın büdcəsi 40 milyon avro olacaq
Azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədovun sahibkarlarından biri olduğu “Lans”ın növbəti mövsüm üçün büdcəsi 40 milyon avro olacaq. Azeripsort.az xəbər verir ki, bu haqda “Lans”ın prezidenti Jerve Martel bildirib.
Bu əsnada məbləğin transferlərdən daha çox klub xərcləri üçün ayrıldığı haqda məlumat verilib:
“Mən DNCG-nin (Milli idarəçilik nəzarəti müdiriyyəti) qarşıdakı qəbulundan zərrə qədər də narahat deyiləm. Biz Liqa-2 klubunun qeyri-uyğun xərcləri ilə bağlı kifayət qədər ziyanla üzləşmişik. Ancaq Hafiz Məmmədov vəziyyətin öhdəsindən əla gəldi və özünü yaxşı tərəfdən göstərdi. Dəyişiklik üçün heç bir səbəb ehtiyac yoxdur. Növbəti mövsümdən transferlərə müəyyən xərclərlə büdcəmiz 40 milyon avro olacaq”, deyə Martel bildirib.
Həmçinin, bu məbləğin oyunçuların əməkhaqqını artırmağa kifayət edib-etməyəcəyi məlum deyil. Ancaq DNCG bütün dəyişiklikləri izləməkdə davam edəcək.
(Le Parisien)
