5 iyun 2014 15:44
Ruslan Abışov Qəbələyə keçə bilər
Ruslan Abşov hələ özünə klub seçməyib. Azerisport.az xəbər verir ki, Abışovun “Rubin”lə müqviləsi var.
Ancaq Kazan klubu futbolçunu icarəyə vermək istəyir. Abışov özü də yeni klubda oynamaq istəyir. O, Rusiya klubunda ehtiyatda qalmaq fikrində deyil.
“Qəbələ”yə altı aylıq icarə əsasında keçid isə mümkün variantlardan biri kimi səslənir. Ancaq Abışov yekun qərarını hələ verməyib.
