5 iyun 2014 15:15

Millimiz tarixi rekorduna imza atdı

Millimiz FIFA-nın reytinq cədvəlində tarixinin ən yüksək göstəricisini göstərib. Azerisport.az xəbər verir ki, iyun ayı üçün reytinq cədvəlində millimizin göstəricisi ötən ayla müqayisədə, iki pillə yaxşılaşıb və komandamız 396 xalla 83-ci pillədə qərarlaşıb.
ABŞ yığmasına məğlubiyyət rəğmən, Şimali İrlandiya Və Səudiyyə Ərəbistanın reytinqdə geriləməsi də yığmamızın xeyrinə olub. İndi yığmamızı 82-ci pillədə qərarlaşmış Konqo Demokratik Respublikasından 1 xal ayırır (397 xal).
Xatırladaq ki, buna qədər millimizin FIFA reytinqində ən yüksək göstəricisi ötən ay yüksəldiyi 85-ci pillə idi.
Millimiz reytinq cədvəlində AÇ-2016-nn təsnifat mərhələsinin “H” qrupunda rəqiblərimizdən yalnız Maltanı qabaqlayır: İtaliya 9-cu (1104 xal), Xorvatiya 18-ci (903 xal), Norveç 55-ci (562 xal), Bolqarıstan 78-ci (425 xal), Malta 132-ci (204 xal) pillədə qərarlaşıb.
Keçmiş Sovet İttifaqı ölkələrindən reytinq cədvəlində ən yüksək pilləni Ukrayna tutur: 16-ci pillə, 915 xal. Rusiya 19-cu (893 xal) pillədə qərarlaşıb. Ermənistan 38-ci (682 xal), Özbəkistan 59-cu (539 xal), Belarus 82-cü (397 xal) sırada yer alıb və millimizi qabaqlayırlar. Gürcüstan (96; 349), Estoniya (98; 343), Moldova (101; 334), Litva (106; 319), Latviya (109; 293), Qazaxıstan (124; 241), Tacikistan (126; 229), Türkmənistan (183; 143) və Qırğızıstan (149; 163) isə millimizdən alt sıralarda qərarlaşıb.
Türkiyə 722 xalla 35-cidir.
Ayın ən yaxşı komandası 71 pillə irəliləmiş Fələstin millisi olub. 15 pillə geriləmiş Səudiyyə Ərəbistanı millisi isə ayın ən pis göstəricisinə imza atıb.
İlk onluq isə belə sıralanıb:
İspaniya (1485 xal), Almaniya (1300 xal), Braziliya (1242), Portuqaliya (1189 xal), Argentina (1175 xal), İsveçrə (1149), Uruqvay (1147 xal), Kolumbiya (1137 xal), İtaliya (1104), İngiltərə (1090).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.