5 iyun 2014 14:55
PFL yay və qış transfer dövrlərini açıqladı
2014/2015-ci il mövsümü üçün yay və qış transfer dövrləri açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb:
Yay transfer dövrü: 10 iyun 2014 – 1 sentyabr 2014
Qış transfer dövrü: 5 yanvar 2015 – 2 fevral 2015
Topaz Premyer Liqası və 1-ci divizion təmsilçiləri göstərilən dövrlər ərzində heyətinə cəlb etdikləri oyunçuları Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilərlər.
