5 iyun 2014 14:33
Adanaspor TPL oyunçuları ilə güclənmək fikrindədir
Türkiyənin “Adanaspor” klubu TPL oyunçuları ilə güclənmək fikrindədir. Azerisport.az Adana KİV-nə istinadən xəbər verir ki, klub Azərbaycan Premyer Liqasını geridə almış mövsüm ərzində izləyib.
“Adanaspor”un iki futbolçumuzu dəvət edəcəyi gözlənilir. Ancaq müqavilə çox güman ki, bir futbolçu ilə bağlanacaq.
