5 iyun 2014 14:14
Millimiz FİFA reytinqində mövqeyini yaxşılaşdırdı
FİFA yığma komandaların iyun ayı üçün reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, yığmamız dünya sıralamasındakı mövqeyini yaxılaşdırıb.
Belə ki, ötən ayla müqayisədə iki pillə irəliləyən Berti Foqtsun rəhbərlik etdiyi millimiz hazırda 83-cü pillədə qərarlaşıb. Azərbaycan yığmasının hesabında 396 reytinq xalı var.
