5 iyun 2014 13:36
Bosniyalı hücumçu Qarabağda oynamaq istəyir
“Muğan”ın sabiq futbolçusu Eldin Adiloviç yenidən TPL-də oynamaq istəyini dilə gətirib. Azerisport.az xəbər verir ki, 28 yaşlı bosniyalı hücumçu saytımıza müsahibəsində bunları söyləyib:
“Mən Azərbaycan çempionatında və “Muğan”dakı çıxışımı xatırlayıram. İndi “Qarabağ”da çıxış etmək istərdim. Özü də onlar ÇL-də iştirak edəcəklər. Dostum İbrahim Şehiç indi orada oynayır”.
Qeyd edək ki, ötən mövsüm Adiloviç “Samsunspor”un heyətində keçirdiyi 28 oyunda 16 qol vurub.
