5 iyun 2014 01:40
Yığmamızın rəqiblərindən biri uduzdu, digəri heç-heçə etdi
Futbol üzrə Azərbaycan yığmasının AÇ-2016-nın seçmə mərhələsindəki rəqibləri ötən gün yoxlama oyunları keçiriblər. Azerisport.az xəbər verir ki, İtaliya Lüksemburqla, Malta isə Cəbəllütariq yığması ilə qarşılaşıb.
Malta minimal hesablı məğlubiyyətlə üzləşib. İtalyanlar isə zəif rəqibi ilə son dəqiqələrdə buraxdıqları qolla heç-heçəyə razılaşıblar.
Yoldaşlıq oyunları
4 iyun
Cəbəllütariq - Malta - 1:0
İtaliya - Lüksemburq - 1:1
