4 iyun 2014 12:44
Mertezaker Foqtsu geridə qoydu
Almaniya yığmasının müdafiəçisi Per Mertezaker millimizin baş məşqçisi Berti Foqtsu Almaniya yığmasının heyətində keçirdiyi oyunların sayına görə geridə qoyub. Azerisport.az xəbər verir ki, Kamerun yığmasına qarşı keçirilmiş yoldaşlıq oyununda (2:2) Mertezaker Bundestimin formasında 97-ci dəfə meydana çıxmaqla, Berti Foqtsun 96 oyunluq göstəricini üstələyib.
Qeyd edək ki, Almaniya yığmasında ən çox oyun keçirmiş futbolçu Lotar Matteusdur. Məşhur müdafiəçi 150 oyunda meydana çıxıb.
