4 iyun 2014 00:18
Qəbələnin baş məşqçisinin kimliyi müəyyənləşdi
"Qəbələ"nin yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk dəfə Azərbaycanı Avropa Liqasında təmsil edəcək bölgə təmsilçisini yeni mövsümdən bolqarıstanlı mütəxəssis İvaylo Petev çalışdıracaq.
Bu barədə saytımıza klubun meneceri Zaur Əzizov məlumat verib. Klub rəsmisi bildirib ki, yaxın günlərdə yeni baş məşqçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Petevin son iş yeri Kiprin AEL klubu olub.
