4 iyun 2014 12:19
Millimizin Gürcüstanla oyunu canlı yayımda
17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan sayca 4-cü "Caspian Cup" beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək iki oyun canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, Bolqarıstan - Yaponiya qarşılaşması www.affatv.az saytında (saat 17:00), Azərbaycan U-16 - Gürcüstan oyunu isə İdman Azərbaycan televiziya kanalında və www.affatv.az saytında (saat 20:00) nümayiş olunacaq.
Hər iki qarşılaşma Bayıl stadionunda keçiriləcək.
