4 iyun 2014 11:55
İnterin hücumçusunun səyləri Gürcüstan yığmasına kömək olmadı
Gürcüstan yığması İsveçrədə BƏƏ yığması ilə qarşılaşıb. Azerisport.az xəbər verir ki, oyun ərəb komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Gürcüstan yığmasının heyətində “İnter” hücumçusu Baçana Sxadadze çıxış edib. Sxadadze 87-ci dəqiqədə meydana çıxıb və səyləri nəticəsiz qalıb.
