4 iyun 2014 11:44
Petev Qəbələdəki birinci ili ərzində 2 milyon ABŞ dolları qazana bilər
Bolqar mütəxəssis İvaylo Petev yaxın günlərdə “Qəbələ” ilə müqavilə imzalayacaq və “radarlar”ın düşərgəsində birinci iş ili ərzində 2 milyon ABŞ dolları məbləğində qazanc əldə edə bilər. Azerisport.az “7 dni sport”a istinadən xəbər verir ki, Petevin illik əməkhaqqı 1 milyon 500 min dollar məbləğində olacaq (o, ikiillik müqavilə imzalayacaq).
Petev daha 500 min dolları isə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxaracağı təqdirdə ala bilər.
“Qəbələ” Avropa Liqasına birinci təsnifat mərhələsindən başlayacaq.
