4 iyun 2014 19:22
Neftçi İmamverdiyevi Türkiyəyə buraxmır
“Neftçi” İmamverdiyevi Türkiyəyə “Ankaraspor”a buraxmaq niyyətində deyil. Azerisport.az bir müddət əvvəl məlumat vermişdi ki, Türkiyə klubu İmamverdiyevi bir il müddətinə icarəyə götürmək niyyətindədir və bu məqsədlə “Neftçi”yə müraciət edib.
Ancaq “Neftçi” futbolçusunu qonşu ölkəyə buraxmaq niyyətində deyil. Belə ki, klub futbolçunun gələn mövsümdə komandaya lazım olacağını hesab edir.
