4 iyun 2014 18:50

«Mançester Yunayted Yay Futbol Məktəbi» Gündəliyi: 2-ci Gün

Normal futbol üçün nə lazımdır? Bu sualda Çernışevskidən əsər əlamət də yoxdur . Bu sualın bəlkə də ölkədəki futbol azarkeşlərinin sayı qədər cavabı var. Çox da dərin olmayan sualın dərinliyinə getməyəcəm. Bilirsiniz, bu sual niyə dərin deyil? Çünki, onun cavabı açıq aşkardır.
Bu gün də bu sualın cavabını “Mançester Yunayted Yay Futbol Məktəbi”ndə açıq şəkildə araşdırdım. Dünənki gündən, yəni gənc istedadların fiziki və taktiki hazırlıqlarını izlədiyim gündən fərqli olaraq, bu gün auditoriyada Bakcell və AFFA menecerləri ilə birlikdə təşkil olunmuş dərsi izləməklə keçdi. Təlimin bir hissəsi məhz bu auditoriyada baş tutdu. Bu dəfə təlimin hədəfi beyin idi. Mançesterdən gəlmiş məşqçilər uşaqlara qələm və dəftər payladılar.
Birinci sual: hansı keyfiyyətlər yaxşı futbolçunu böyük futbolçuya çevirir? Məşqçi bir neçə dəfə əl hərəkətləri və tərcüməçi vasitəsilə uşaqlardan cavabları dəftərdə qeyd etməyi xahiş etdi. Bu zaman sinifdə xaos yarandı. Uşaqlar əllərini qaldırır, ayağa durur, bir-birlərinə danışmaq imkanı vermirdilər. Onlardan yalnız bəziləri – bundan əvvəlki “Mançester Yunayted Yay Futbol Məktəbi”ndə iştirak etmiş olanlar – sakit əyləşib dəftərdə öz qeydlərini aparırdılar.
Və bu zaman mən indi başqa cür ifadə edəcəyim köhnə sualıma cavab tapıram.
Hansı keyfiyyətlər “normal” təhsili “yaxşı” təhsil edir?
Məncə burada heç bir şey oxunan kitabların sayından və ya hansısa teoremlərdən asılı deyil. Bəlkə tərbiyənin rolu daha əhəmiyyətlidir? Mən auditoriyadayam və mənim gəncləri müqayisə etmək imkanım var. 
Guya biz hansısa bir oyunçunun hər hansı bir oyunda özünü göstərməsindən sonra avtomobilinin təkərlərini qaldırmasının və ya aldığı pulun qaldırılmasının şahid olmamışıq? Və onların indi harada olduğunu kimsə bilir?

 

 

İndi isə qoyulan suala uşaqların cavabları:

1. Ciddilik

2. Özünə inam

3. Cəsarət

4. Peşəkarlıq

5. Rəqibə hörmət

Mən yay məktəbinə tez-tez baş çəkəcəm. Çünki bu təlimlər zamanı Azərbaycan futbolunun problemlərini daha aydın anlayıram. Və ümid edirəm ki, biz də futbolumuzda gələcək dövrlərdə ulduzlar görə biləcəyik. 

Normal futbol üçün bizə nə lazımdır?

Çox təəssüf ki, bu təlimlərdə futbol klublarımızdan heç bir nümayəndə iştirak etmir. Hələ öyrənəcəyimiz çox şey var...

Emin Əfəndi.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.