4 iyun 2014 18:28
Branimir Subaşiç Milan İnterinə keçir?!
Millimizin sabiq hücumçusu Branimir Subaşiç Türkiyənin “Orduspor” klubunu tərk edəcək. Azerisport.az xəbər verir ki, Subaşiç azerisport.az saytına müsahibəsində özü bu haqda məlumat verib:
“Hazırda mən Serbiyadayam. Ailəmlə birgə istirahət edirəm. Yeni mövsümə harada başlayacağımı, indi deyə bilmərəm. “Orduspor” beş aylıq məvacibi gecikdirir. Çox güman ki, klubu tərk edəcəyəm. Ancaq pullarımı almaq istəyirəm. Buna görə də bu məsələni müzakirə edirik.
“İnter”ə keçəcəyəmmi? Hə, Milan “İnter”inə… Zarafat edirəm. Əgər ciddi yanaşsaq, onda, hələ heç nə aydın deyil. Ancaq çox güman ki, karyeramı Azərbaycanda davam etdirəcəyəm”.
