4 iyun 2014 18:18

Əfran İsmayılov: Bakı uduzanda belə, Hafiz Məmmədov pulumuzu kəsməyib

"Bakı"nın futbolçusu Əfran İsmayılov azerisport.az saytına müsahibəsində komandada baş verənlərdən, uğursuzluğun səbəblərindən danışıb:

-Cari mövsümü "Bakı" üçün necə dəyərləndirirsən?
- Sözün düzü, çox pis. Əgər mükafatçılar sırasında yer almadıqsa, uğurdan danışmaq yersizdir. Komanda avrokuboklardan kənarda qaldı. Mövsüm boyu sabit çıxış etmədik. Komanda qələbə qazanmağa borclu olduğu matçlarda uduzdu. Çox əsəbi mövsüm keçdi. Bununla belə, həvəsdən düşmək olmaz. Yeni mövsümə hazırlaşmaq lazımdır. "Bakı" hər zaman iddialı olub və medallar uğrunda mübarizə aparıb. 

- Uğursuzluğun səbəbi nə oldu?
- Komanda zədələrlə üzləşdi. Vacib oyunlarda əsas futbolçularımız olmadı. Bəzi oyunlarda istədiyimiz alınmadı. Hücumçu çatışmazlığı təsir etdi. Yalnız Rauf Əliyevə ümid edirdik. Onun zədələnməsi, işimizi bir qədər də çətinləşdirdi. Mövsüm başa çatandan sonra danışmaq rahatdır. Amma bu səbəbləri araşdırmaq lazımdır. Gərək bir daha təkrarlanmasın. 

- "Qəbələ" ilə səfər matçı ərəfəsində yerli futbolçuların üsyana qalxdığı deyilir. Guya siz məvaciblərin verilməməsinə görə səfərə getməyəcəyinizi demisiniz...
- Komanda daxilində toplantımız olub. Bunu gizlətmirik. Amma mətbuatda şişirdildiyi kimi, olmayıb. Sadəcə, məvaciblərlə bağlı cavabsız suallar var idi. Orada üsyan olmayıb. Media bu məsələni şişirtdi. Hətta məsələdən AFFA da xəbər tutdu. Heç kim oyuna çıxmayacağını deməyib. Biz heç vaxt Hafiz Məmmədova xəyanət etmərik. O adam hər zaman futbolçulara diqqət göstərib.

- Amma sonradan səfərə çıxanda baş məşqçi əsas oyunçuları ehtiyatda saxladı. Bunun səbəbi nə idi?
- Heyəti baş məşqçi müəyyənləşdirir. Biz heç nə deyə bilmərik. Amma sizə həqiqəti deyirəm. Hafiz Məmmədova qarşı çıxmamışıq. Sadəcə, məvaciblərlə bağlı soruşduq. Bir az gecikmə olub. Bizim pulumuz hər zaman vaxtında verilib. Hətta komanda uduzanda belə, Hafiz Məmmədov pulumuzu kəsməyib Düzünü deyirəm, o insan uduzanda da bizə pul verib. İndi gecikməyə görə oyuna çıxmamaq düzgün olmazdı. Heç bunu ağlımızdan keçirməmişik. 

- Pullarınızı aldınız?
- Yaxın günlərdə hər şey həll olunacaq. Deyiblər ki, bütün borclar bağlanacaq. Biz narahat deyilik. Mövsümün yorğunluğunu çıxarmalıyıq. Sonradan yenidən toplanırıq. Yeni mövsüm bizim üçün dönüş ili olmalıdır.

- 2013-2014-cü illər mövsümündə öz oyunundan razı qaldın?
- Əlbəttə, yox. Zədə mənə normal oynamağa problem yaratdı. Sonradan oyun praktikasından əziyyət çəkdim. Məşqçi mənə az oyunlarda şans verdi. Bütün problemlər toplanaraq, böyük maneəyə çevrildi.

- "Qarabağ" çempion oldu. Digər mükafatçılardan xəbərin var. Sənin üçün hansı komandanın nəticəsi gözlənilməz oldu?
- Bütün mükafatçılar layiqlidir. "Qarabağ"ı çempionluq münasibəti ilə təbrik edirəm. Qurban Qurbanov hər zaman güclü məşqçi kimi, özünü sübut edib. Onun rəhbərliyi altında komandanın Çempionlar Liqasında uğur qazanacağına əminəm. “İnter” və “Qəbələ”yə də uğur diləyirəm. Medalçılar layiq olduğunu oyuna görə mükafat qazandı.

- "Bakı"nın bu nəticəsi yəqin, futbolçulara təsirsiz ötüşməyib...
- Hamı bilir ki, yayda avrokuboklar diqqət mərkəzində olur. Buna görə avrokuboklara düşməyən komanda sanki kənarda qalır. Avropada oynamayacağımıza görə heyfsilənirəm. Lakin göstərdiyimiz oyun bura qədər idi. Gərək, üzərimizdə işləyək. Əvvəlcə, Azərbaycanda qalib olmalısan ki, Avropada da Vətəni layiqincə təmsil edəsən.
- Klubun sizə olan borcu ödənildi?
- Pullar hələ verilməyib. Amma narahatlıq yoxdur. "Bakı" klubunun heç kimə heç vaxt borcu olmayıb. Şəxsən mənim buna görə heç vaxt narazılığım olmayıb. Məni narahat edən yalnız komandanın Avropa Liqasına düşməməsi oldu. Avrokuboklarsız qalmaq, mənə pis təsir etdi. Biz Avroliqaya vəsiqə qazanmalı idik.
- İki klubun səninlə maraqlandığı deyilir...
- "Bakı" klubu ilə qüvvədə olan müqaviləm var. Müqaviləm olduğu üçün heç vaxt heç bir komanda ilə danışıq aparmamışam. Bu, mənim xasiyyətimə uyğun deyil. Mən hər zaman peşəkar yanaşmanı sevmişəm. Ona görə təkliflərlə maraqlanmıram. Klubla müqaviləm var. Sona qədər işimi görmək istəyirəm. Ona görə kənar təkliflərlə maraqlanmamışam.

- Azərbaycan millisinin ABŞ yığması ilə oyunu barədə nə deyə bilərsən?
- Daha çox gənclərlə şans verildi. Əsas məqsəd, bütün oyunçulara oynamaq imkanı vermək idi. Səhvlərimiz oldu. Daha çox müdafiədə buraxılmış səhvlərə məyus oldum. Rəşad Sadıqovun yeri görünürdü. Rəşad hər zaman komandaya dəstək olub və gənclərə kömək edib. Bizim üçün vacib, rəsmi görüşlərdir. Millimiz Avro-2016-nın seçmə oyunlarına qədər hazır olmalıdır. 0:2 hesabı ilə məğlub olsaq da, komandamız pis oynamadı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.