4 iyun 2014 17:55
Bakının iki oyunçusu Lansa yollanır
“Bakı” FK-nın iki yetirməsi “Lans”a yollanacaq. Azerisport.az xəbər verir ki, Mahir Mədətov və Ülvi Süleymanov Fransaya yola düşəcəklər.
Bu dəfə futbolçularımız yeniyetmələrdən ibarət komandada (U-19) deyil, əvəzedici heyətdə oynayacaqlar.
Oyunçularımız Fransaya hələ ötən mövsümdə getməli idilər. Ancaq sənədlərlə bağlı problemlər səbəbi ilə onlara səfər etməyə imtina edilmişdi. Valeh Seyidov isə bu dəfə Fransaya getməyəcək.
