4 iyun 2014 17:45
Azərbaycan futbol ailəsinin 65000-ci üzvü
Xəbər verdiyimiz kimi, 2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin – qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, artıq bu sistemdə qeydiyyata alınanların sayı 65 min nəfərə çatıb.
Azərbaycan futbol ailəsinin qeydiyyatdan keçən 65000-ci üzvü "Coca-Cola Məktəbli kuboku" turnirində iştirak edən Bakı şəhəri, 326 №-li orta məktəbin 7-ci sinif şagirdi Zamanova Nəzrin Vüqar qızıdı. (AFFA)
