4 iyun 2014 17:11
Ramazan Abbasov Sumqayıtda çıxış edəcək
"Sumqayıt" FK daha bir futbolçunu heyətinə qatıb. Azerisport.az xəbər verir ki, son mövsümü "Rəvan"da keçirmiş Ramazan Abbasov komandanın uğurları üçün çalışacaq.
30 yaşlı futbolçu "Sumqayıt"la 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Ramazan karyerası ərzində "Dinamo", MOİK, "Bakı", "Neftçi", "Xəzər Lənkəran", "Gəncə" və "Rəvan"ın şərəfini qoruyub. O, həmçinin 7 dəfə Azərbaycan millisinin formasını geyib.
(Klub saytı)
