4 iyun 2014 17:00
Lixtenşteyn yığmasının müdafiəçisi AZAL və ya Neftçiyə keçə bilər
Lixtenşteyn yığmasının müdafiəçisi Olcay Gür AZAL və ya “Neftçi”yə keçə bilər. Azerisport.az xəbər verir ki, bu barədə futbolçu özü saytımıza müsahibəsində məlumat verib:
“Bəli, AZAL və “Neftçi” məni istəyir. Ümumiyyətlə, Azərbaycandan mənimlə digər komandalar da maraqlanıblar. Ancaq mən bu iki komana üzərində dayanmışam. Danışıqları əmim aparır. Əgər alınsa, niyə də yox? Mən özü gücümü Azərbaycan çempionatında sınamaq istərdim”.
