4 iyun 2014 16:28
Bolqarıstan yığmasının sabiq yarımmüdafiəçisi Azərbaycanda iş axtarır
Bolqarıstan yığmasının sabiq yarımmüdafiəçisi Çavdar Yankov Azərbaycana keçə bilər. Azerisport.az Bolqarıstan KİV-nə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkəmizlə yanaşı, Qazaxıstan və Kiprdə iş axtarır:
“Slaviya” ilə müqaviləm mayın 31-də başa çatıb və indi mən azad agentəm. Yenidən xaricdə oynamaq istəyirəm. Öz gücümə əminəm. Mən bilirəm ki, daha hələ iki-üç yüksək səviyyədə oynaya bilərəm”, deyə Yankov bildirib.
