4 iyun 2014 16:13
Simurqun müdafiəçisi karyerasını BƏƏ-də davam etdirə bilər
“Simurq”un braziliyalı müdafiəçisi Anderson Oliveyra klubla müqaviləsini yeniləməyib. Azerisport.az xəbər verir ki, Oliveyra BƏƏ-nin “Əl-Vəsl” klubuna keçməyə yaxındı.
Ancaq futbolçu yekun qərarını hələ verməyib. Səbəb, futbolçunun Zaqatala klubunda oynamağı davam etmək istəyidir. Əgər yaxın vaxtlarda “Simurq”dan təklif olmasa, Oliveyra “Əl-Vəsl” ilə müqavilə imzalayacaq.
