4 iyun 2014 15:33
Füzuli Cavadov: Vaqiflə maraqlanan klublar arasında Qarabağ yoxdur
Millimizin futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov oğlunun karyerası barədə danışıb. Azerisport.az xəbər verir ki, ata Cavadov oğlunun hazırda istirahətdə olduğunu və Bakıya qayıdandan sonra danışıqlar aparacağını deyib:
"Vaqif milli ilə ABŞ səfərindən sonra istirahətdədir. Hazırda Bakıda deyil. Ölkəyə qayıdandan sonra "İnter" rəsmiləri ilə görüşəcək. Bir daha təklif olunan müqavilə barədə danışacağıq. Sonra digər təkliflər barədə müzakirə olacaq. Mustafa Dənizlinin vaxtında "Xəzər Lənkəran" da oğlumla maraqlanırdı. Yuriy Syomin də onu “Qəbələ”yə gətirmək fikrində idi. Amma sonradan hər iki məşqçi işini dəyişdi. Vaqiflə maraqlanan klublar arasında “Qarabağ” yoxdur. Əgər Ağdam təmsilçisi maraqlansa idi, onlara özəl münasibət bəsləyərdik. Hamı bilir ki, Vaqifin karyerasında “Qarabağ”ın böyük rolu olub. İstəyirəm ki, tez bir zamanda klub məsələsini həll etsin və məşqlərə başlasın".
