4 iyun 2014 15:22

Stanislav Qençev: Qəbələnin iddialarının mənim iddialarımla nə dərəcədə uzlaşdığını bilmirəm

AEL-in yarımmüdafiəçisi Stanislav Qençev azerisport.az saytına müsahibəsində özünü “Qəbələ”yə mümkün keçidi haqda danışıb:
- Petevin “Qəbələ”yə keçidinə münasibətiniz necədir?
- O, artıq müqavilə imzalayıb? Mən bu haqda bilmirəm. İmzalayandan sonra təbrik edəcəyəm.

- Siz onunla “Lyudoqorets” və AEL-də işləmisiniz. Yəqin ki, onu bir mütəxəssis kimi, yaxşı tanıyırsınız…
- Bəli, əgər “Qəbələ” onunla müqavilə bağlasa, çox şey udar. O, yaxşı məşqçidir. İşləməyi sevir. Cavandır və ona görə də qələbə aclığı var.

- Petevin komandasını dəyişmək istəməyinə səbəb nədir?
- Komandanın çempionatda ikinci olmasına rəğmən, o, ab-havanı dəyişmək qərarına gəldi. Yəqin hesab etdi ki, Kiprdə rolu başa çatıb.

- Sizin “Qəbələ”yə keçidiniz gözləməyə dəyər?
- Düzünü deyim, mənim Petevlə danışığım olmayıb. Ancaq onunla işləmək mənə xoşdur. O, hara getməsindən asılı olmayaraq, məni çağırır. Ancaq “Qəbələ”nin iddialarının mənim iddialarımla nə dərəcədə uzlaşdığını bilmirəm.

- Petev “Qəbələ” variant haqda danışıb?
- Mən bilirdim ki, onun təklifi var. O, bu haqda mənimlə danışıb. Ancaq məhz “Qəbələ” haqda mən bilmirdim.

- O, Azərbaycanda uğur qazana bilər?
- Bir daha təkrar edirəm: “Qəbələ” Petevlə müqavilə bağlasa, çox şey udar. Belə bir məşqçi ilə onlar hər il çempionluğa iddia edə bilərlər.

- Siz “Qəbələ”yə keçməyə hazırsınız?
- Ola bilər ki, keçim. Mənim Petevlə gözəl münasibətlərim var. Ancaq ora keçib-keçməyəcəyimi hələ deyə bilmərəm. Biz bu haqda hələ danışmamışıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.