4 iyun 2014 14:28
Tahir Süleymanov: Mahir Şükürov sərbəst futbolçudur
Futbol üzrə millimizin üzvü Mahir Şükürov hazırda müqavilə ilə heç bir kluba məxsus deyil. Azerisport.az xəbər verir ki, onun "Neftçi" ilə müqaviləsi mayın 30-da başa çatıb və hələlik heç bir yeni razılaşma olmayıb.
Klubun vitse-prezidenti Tahir Süleymanov məsələyə belə münasibət bildirdi: "Simurq"la səfər oyunundan sonra futbolçu ilə görüş olmayıb. Bildiyiniz kimi, cəzalı olduğu üçün Kubokun final matçında da komandamıza kömək edə bilmədi. Mayın 30-da Mahir Şükürovla müqaviləmiz başa çatıb. Hazırda o, sərbəst futbolçudur".
