4 iyun 2014 13:28

Lans Hafiz Məmmədovdan 15 milyon avro alacaq

Azərbaycanlı iş adamı, “Bakı” FK-nın prezidenti Hafiz Məmmədovun sahiblərindən olduğu Fransanın “Lans” klubu ötən mövsüm üçün qarşıya qoyulmuş tapşırığın öhdəsindən gələrək, Liqa-1-ə vəsiqə qazanıb. Azerisport.az xəbər verir ki, klubun Fransa futbol elitasına qayıdışı Hafiz Məmmədovun və Jerve Martelin iştirakı hesabına həyata keçib.
Martel 2012-ci ildə klub rəhbərliyindən uzaqlaşdırılmış, ancaq 2013-cü ilin iyul ayında kluba nəhəng sponsor cəlb edərək, geri dönmüşdü.
Ancaq “Lans”da xoşagəlməzliklər bununla bitməyib. Klubun iqtisadi vəziyyəti hələ də kifayət qədər kövrəkdir. Hətta komandanın baş məşqçisi Antuan Kombuare bu yay istefaya gedə bilər. “L'Equipe” nəşri bunun məşqçinin transferlərə kifayət qədər vəsait ala bilməyəcəyi təqdirdə baş verəcəyini yazır.
Buna rəğmən, mayın ortalarında elə həmin nəşr, Martelin klubun bu yay transfer fəallığının maliyyələşdirilməsinə təminata təsdiq əldə etməsi ilə bağlı Azərbaycana səfər etməsi haqda yazmışdı. Hafiz Məmmədovla görüş əsla rəsmi xarakter daşımayıb. Bu görüşdə tərəflər “Lans”ın yeni oyunçularla güclənməsi üçün 10 milyon avrodan 15 milyon avroya qədər vəsaiti olacağı haqda razılığa gəlmişdilər.
Bu, baş məşqçi Kombuarenin öz vəzifəsində qalması anlamına gəlir. Fransız həmkarlarımız əmindirlər ki, bu şəxs Məmmədov və Martelə məhz lazımlı fiqurdur. Məmmədovun maliyyələşdirdiyi “Atletiko” İspaniya çempionu olmaqla yanaşı, ÇL-in finalına yüksəldi. Əlbəttə, çoxları “Lans”dan da avrokuboklara çıxmaq uğrunda mübarizə gözləyəcək. Əgər komanda bu tapşırığın öhdəsindən gəlsə, bu, investorlar üçün “Atletiko”nun son iki mövsümdəki çıxışından heç də az uğur olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.