4 iyun 2014 13:00
Kriştianu Ronaldu DÇ-nin qrup mərhələsi oyunlarını buraxa bilər
Portuqaliya futbol federasiyası Kriştianu Ronaldunun zədəsinin diaqnozunu açıqlayıb. Azeripsort.az xəbər verir ki, təşkilatın rəsmi saytında verilmiş məlumata görə, Ronalduya bud əzələsinin zədəsi və sol ayağın diz vətərinin iltihabı diaqnozu qoyulub.
Hazırda Portuqaliya millisi Nyu-Yorkda DÇ-yə hazırlaşır. Ronaldu fərdi proqramla məşq edir.
Futbolçunun nəinki Meksika və İrlandiya yığmalarına qarşı keçiriləcək oyunları (6 və 10 iyun), həmçinin, DÇ-nin qrup mərhələsi oyunlarını buraxmaq ehtimalı var.
(SE)
