3 iyun 2014 12:46
Neftçi Əlcəzair millisinin yarımmüdafiəçisinə elçi düşüb
Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umar "Neftçi"dən təklif alıb. Azerisport.az xəbər verir ki, o, bu barədə Əlcəzair mətbuatına özü məlumat verib:
"Həqiqətən də Azərbaycan klubundan mənə sərfəli təklif gəlib. Bu təklif həm maddi, həm də idman baxımından çox sərfəlidi".
Amma futbolçu hələlik indiki klubu ilə razılığa gəlmək haqda düşünür: "İndiki klubumla danışıqlar masası arxasına əyləşməməyim düzgün olmaz. Mən bunu bir neçə gün öncə etməliydim. Amma qripə yoluxduğum üçün xəstə yatırdım".
Qeyd edək ki, 27 yaşlı Umar Əlcəzairin gənclərdən ibarət yığmasında altı oyun keçirib.
