3 iyun 2014 12:32

"Simurqda Lyersdəkindən iki dəfə çox qazanıram"

"Simurq"un yarımmüdafiəçisi Benjamin Lambot Zaqataladakı həyatından danışıb, eləcə də burada gördüklərini Belçikadakı ilə müqayisə edib. Azerisport.az belçikalı futbolçunun fikirləri ilə sizi də tanış edir.

"Ötən ilin yayında "Lyers"in idman direktor Tomaş Radzinskidən gələcək karyeramla bağlı söz soruşdum. Mənə bildirdilər ki, klubun akademiyasından gələcək bir futbolçu üçün yer boşaltmaq istəyirlər. Belədə mən də öz menecerimlə əlaqə saxladım ki, özümə yeni klub axtarım.Bir neçə təklif almışdım. Elə həmin ərəfədə "Simurq" variantı yarandı. Düşündüm ki, Azərbaycana getmək maraqlı ola bilər. Tədricən özüm üçün yeni ölkə tanıyıram. Yeri gəlmişkən, gələn il Azərbaycanda Avropa Oyunları keçiriləcək. Komandamızda daha çox azərbaycanlı futbolçular yer alırlar. Amma əcnəbilər də var - serblər, xorvatlar və s. İngilis dilində danışırıq. Yerlilər məni təəccübləndirdilər. Mən bu qədər texnikalı uşalar görəcəyimi gözləmirdim".

Lambot vaxtilə "Neftçi"də çıxış etmiş Emil Mpenzadan sonra Azərbaycan futbolunda ikinci belçikalı legionerdi. Amma Mpenza Bakıda yaşayırdısa, Lambot paytaxtdan xeyli aralıda yaşamaqdadı: "Dörd saatlıq taksi və ya altı saatlıq avtobus yolçuluğu səni Bakıya çatdırır. Yollar isə heç də Belçikadakı kimi deyil. Yoldaşım və üç uşağımız Belçikada qalır".

"Zaqatalada oyunlara orta hesabla 3-4 min adam gəlir. Darıxdırıcı olanda şəhərin mərkəzində gəzişmək olur. Baxmayaraq ki, çox da böyük deyil. Yaxud da ikisi sırf idman olmaqla 60 televiziya kanalına baxmaq imkanım olur. Sosial şəbəkələrdə çox otururam. Bu da dostlarımla, ailəmlə mütəmadi əlaqə saxlamaq üçündü. Maaşlara gəlincə, kifayət qədər əlverişlidi. Məsələn, burada "Lyers"də aldığımdan iki dəfə çox qazanıram". (L'Avenir)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.