3 iyun 2014 00:13
Azerbaijan Land of Fire şüarlı Atletiko böyük beşliyin rekordçusu oldu
Artıq geridə qalmış mövsümün nəticələrinə görə, Madridin “Atletiko” klubu böyük beşliyə daxil olan ölkələrin çempionları arasında əldə etdiyi gəlirə görə ən yaxşı nəticəni göstərib. Azerisport.az xəbər verir ki, “Azerbaijan Land of Fire” şüarlı “döşəkçilər” 43 milyon 600 min avro məbləğində qazanc əldə ediblər.
İkinci göstərici “Yuventus”a məxsusdur. “Qoca Sinyora”nın 6 milyon 230 min avro məbləğində gəliri olub. PSJ isə mövsümü ziyana işləyib. Paris təmsilçisi bir il ərzində 109 milyon 400 min avro məbləğində itki ilə üzləşib.
