3 iyun 2014 11:46
Millimizin İranla oyunu canlı yayımlanacaq
IV Caspian Cup beynəlxalq turniri çərçivəsində bu gün keçiriləcək oyunlar canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan U-17 - İran qarşılaşması İdman Azərbaycan televiziya kanalında və www.affatv.az saytında (saat 17:00), Türkiyə - Tacikistan oyunu isə www.affatv.az saytında (saat 20:00) nümayiş olunacaq.
Hər iki qarşılaşma Bayıl stadionunda keçiriləcək.
