3 iyun 2014 19:33
Berti Foqts dünya çempionu görmək istədiyi komandanın adını çəkdi
Millimizin baş məşqçisi Berti Foqts Braziliyada keçiriləcək DÇ-də çempion görmək istədiyi komandanın adını açıqlayıb. Azerisport.az xəbər verir ki, Foqts Almaniya KİV-nə bunları söyləyib:
“Mən ümid edirəm və istəyirəm ki, məhz Almaniya yığması dünya çempionu adını qazansın. Bu, əla olardı. Buna rəğmən, Almaniya millisinin düşdüyü qrup (Portuqaliya, ABŞ və Qana - qeyd), kifayət qədər çətindir və Almaniya yığmasına yüzfaizlik uğur vəd etmir”.
Foqts həmçinin, ABŞ yığmasının baş məşqçi Yurgen Klinsmanın məsləhətçisi qismində işinə də toxunub: “Məni dünya çempionatı müddətində bu işə qol qoymağa Klinsman dəvət edib. O, ideyalarla dolu insandır. Onunla işləmək, əladır. Əgər Yurgenin hər hansı sualı olarsa, mən onları cavablayaram”.
