3 iyun 2014 17:57
İnter Türkiyədə fiziki hazırlıqla məşğuldu
Məlum olduğu kimi, "İnter" hazırda Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, toplanışın ikinci günündə səhər çalışmasına futbolçular yenə trenajor zalında başlayıblar.
Daha sonra onlar meydana çıxıblar. Fiziki xarakterli məşq isinmə hərəkətlərindən, müxtəlif məsafələrə qaçışdan və digər fiziki hərəkətlərdən ibarət olub.
Qeyd edək ki, "İnter"in bu günə olan ikinci məşqi Türkiyə vaxtı ilə saat 17.00-da (19:00) başlayacaq. (klub saytı)
