3 iyun 2014 17:48
Tahir Süleymanov: Neftçi doğma futbolçusuna görə məbləğ ödəməlidirmi?
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində komandanın transfer siyasətindən, avrokuboklardakı hədəfdən və legioner limitindən danışıb:
- Artıq "Neftçi"dən gedənlər məlumdur. Erik Ramosla məsələ nə yerdədir?
- Müqaviləsi başa çatan futbolçularla vidalaşmaq qərarına gəldik. İqor Mitreski, Bahodir Nəsimov, Pavel Doroşevlə razılaşmamız başa çatdı. “Neftçi” adından onlara təşəkkür edirik. Uğurlarımızda pay sahibi olublar. Erik Ramosla da müqavilə başa çatıb. Sadəcə, onu icarə əsasında klubda saxlamaq istəyirik. Danışıqlar davam edir. Paraqvay klubuna və futbolçuya şərtlərimizi söyləmişik. Qüvvədə olan müqavilə iyunun sonları başa çatır. İcarə və ya birbaşa müqavilə yolu ilə Ramosu "Neftçi"də saxlamaq istərdik. Biz qərarımızı və şərtlərimizi demişik.
- Julius Vobayın qayıdışı nə vaxt olacaq?
- Vobay "Neftçi"nin diqqətdə olan futbolçularındandır. Onun icarə müddəti başa çatdı və o hazırlıq zamanı düşərgəyə qoşulacaq. Ümid edirik ki, onun qayıdışı uğur qazanmağa kömək edəcək. Eyni zamanda, digər transferlərlə bağlı müzakirələr davam edir. Hər zaman olduğu kimi yeni mövsümdə də gənc futbolçulara daha çox şans veriləcək.
- "Neftçi" Ruslan Abışovla maraqlanır?
- Ruslan "Neftçi"nin yetirməsidir. Bizim klubda böyüyüb. Məhz "Neftçi"dən yığmaya dəvət alıb. Amma maraqlıdır, Ruslan özü doğma klubunda oynamaq istəyirmi? "Neftçi" doğma futbolçusuna görə məbləğ ödəməlidirmi?
- Yeni mövsüm ərəfəsində yeni legionerlər cəlb olunacaqmı?
- Komandanın strategiyası var. Biz Azərbaycan futboluna gənc adlar bəxş etmək istəyirik. Rəhbərliklə məşqçilər korpusunun fikri üst-üstə düşür. Bir-iki səviyyəli legioner cəlb olunacaq. Yeni mövsümdə legionerlərlə yanaşı gənc futbolçularımızı da görəcəksiniz. Flavinyo ilə olan razılaşmanın 2 il müddətinə artırıldığını deyə bilərəm. Yeni müqavilədə onun qazancı əvvəlki ilə nisbətən aşağı salınıb. Yəni az qazanacaq. Futbolçu özü də karyerasını "Neftçi"də başa vurmaq istəyir.
- Yəqin ki, legioner limitinin dəyişməsi planlara təsir edib?
- Yeni qaydalara görə beş yerli oyunçu olmalıdır. Onlardan biri gənc yaşında olacaq. Biz yerli futbolçunun zəif çıxış etdiyi mövqeyə yeni legioner futbolçu transfer edəcəyik. Əksər mövqelərdə yerli perspektivli futbolçularımız var. Məqsəd İsayevi kim tanıyırdı? Amma Azərbaycan Kubokunun finalında özünü göstərdi. Həmçinin Emil Balayev, Nicat Qurbanov kimi futbolçularımızın olduğunu deməliyəm. "Neftçi" ardıcıl bir neçə il uğur qazanır. Üç dəfə çempion olduq. İki dəfə kubok qazandıq. Artıq komandaya bir növ yenilənmə gərəkdir. Hər bir klubda belə olur. Fikir verin, Barselona cari mövsüm titulsuz qaldı. Ardıcıl uğur qazanan heyət həm yorulur, həm də uğurdan doyur. Heyət 4-5 ildən bir yenilənməlidir. Bunun üçün bizə altı aydan bir ilə yaxın vaxt lazım ola bilər.
- Hazırlıq zamanı "Neftçi" hansı klublarla yoldaşlıq görüşü keçirəcək?
- Bizə türk, gürcü və ərəb klubları təklif olunub. İlk hazırlıq mərhələsində iki oyun keçirməyi planlaşdırırıq.
- Avrokuboklarda əsas hədəf nə olacaq? Neftçi hansı mərhələyə qədər irəliləyə bilər?
- Bizim üçün önəmli nəticə ardınca deyil, stabil komanda formalaşdırmaqdır. Ən vacibi futbolçularımızın xarici çempionatlarda çıxış etməsinə yardımçı olmaqdır. Avrokuboklarda mümkün qədər irəliləmək istəyirik. Sadəcə, legioner limitinin dəyişməsi avrokuboklara da təsirsiz ötüşməyəcək. Avrokuboklar üçün 10-15 legioner transfer edən klub həmin futbolçuları çempionatda istifadə edə bilməyəcək.
- Sizin futbolçularınıza rəsmi təklif göndərən klub var?
- Futbolçularımıza maraq hər zaman olub. Sadəcə "Neftçi" hər zaman Azərbaycan futbolunun düşünərək yetirmələrimizin xarici ölkəyə getməsinə çalışır. Hazırda Zaqatalanın "Simurq" klubu Emin Mehdiyev, Tərlan Quliyev və Elşən Abdullayevi icarə əsasında heyətinə cəlb etmək istəyir. Eyni zamanda Türkiyənin "Ankaraspor" klubu Cavid İmamverdiyevlə rəsmi məktub yollayıb. Onlar Cavidi 1 illik icarəyə götürmək istəyir. Klub prezidenti Sadıq Sadıqovla məşqçilər heyətinin toplantısı olacaq və bundan sonra məsələ ilə bağlı yekun qərar açıqlanacaq.