3 iyun 2014 15:55

Həvəskarlar liqasındakı intizamsızlığa AFFA İK-dan sərt cəzalar

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azeripsort.az xəbər verir ki, iclasda neqativ hallarla bağlı müvafiq qərarlar açıqlanıb:

28 may 2014-cü il tarixdə Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” oyununun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanmışdır. Bu hadisədən sonra oyunun 114-cü dəqiqəsində “Binə” klubunun azarkeşləri meydana daxil olmuş və “Çağırğan” klubunun futbolçularına hücüm etmişlər. Buna cavab olaraq “Çağırğan” klubunun azarkeşləri də meydana daxil olmuş və tərəflər arasında insident yaşanmışdır. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilmişdir. Oyunsonrası mükafatlandırma mərasimində “Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atmışlar.

“Binə” komandası AHFF-nin keçirdiyi XVI Ölkə Kuboku yarışlarından kənarlaşdırılsın.

“Binə” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII Ölkə birinciliyi və Kuboku yarışlarınnan kənarlaşdırılsın.

“Binə” klubunun baş məşqçisi Məmmədəli Ağatalıbov növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulsun.

“Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirsin.

28 may 2014-cü il Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” - “Çağırğan” matçının 62-ci dəqiqəsində “Binə” klubunun 2 №-li futbolçusu Musayev Vüqar sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Oyunun 113-cü dəqiqəsində “Binə” klubunun 55 №-li futbolçusu Tarıverdiyev Cavid rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb.

1 iyun 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Viləş” - “Səhliyalı” matçının 88-ci dəqiqəsində “Səhliyalı” klubunun 66 №-li futbolçusu Babayev Ramil öz baş məşqçisini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

30 may 2014-cü il futzal üzrə Həvəskərlar birinciliyinin “Azərcell” - “Zirvə” matçının 24-ci dəqiqəsində “Azərcell ” klubunun 13 №-li futbolçusu Fuad Rzayev hakimə qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

Oyunun 37-cı dəqiqəsində “Zirvə” klubunun 55 №-li futbolçusu Qeyrət Əliyev və “Azercell” klubunun 15 №-li futbolçusu Fəyyaz Hüseynov, oyunun 38-ci dəqiqəsində “Zirvə” klubunun 10 №-li futbolçusu Səid Seyidov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər bir oyunçu 3 oyun cəzalanıb.

 Oyunun 40-cı dəqiqəsində “Zirvə” klubunun 24 №-li futbolçusu Fərdi Rəhimli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

(AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.