“Mançester Yunayted Yay Futbol Məktəbi” Gündəliyi: 1-ci gün
Niyə görə bizdə normal futbol yoxdur? Təəssüf ki, bu bizim ölkəmiz üçün Çernışevskinin o məşhur suallarına bənzər ritorik bir sualdır.
Futbola hələ uşaqlıqdan – “bizimkilər” ilə “başqaları”nın oynadığı vaxtdan – baxıram. Futbola qarşı sevgim heç vaxt itmədi. Hətta “bizimkilər” “özümüzünkülər”ə qarşı oynayanda belə. İlk addımlarımı milli çempionata atdım, sevimli komandamın oyunlarını izləməyə. Və ən əsası, mən inanırdım. İnanırdım ki, o gün gələcək.
İndi mənim 35 yaşım var, ancaq o gün hələ də gəlməyib. Buna baxmayaraq inamım hələ də yaşayır. Qısa zaman öncə futbol jurnalistikasına maraq salmışam. Və həmişə düşünürdüm ki, bu sahə futbolun özündən bir pillə yuxarı olmalıdır. Amma nə isə... Bu haqda gələn dəfə. Beləliklə, yuxarıdakı sualıma cavab tapmaq üçün problemin dərinliyinə enirəm və uşaq məktəblərindən başlayıram. Yeri gəlmişkən, bu gün Bakıda “Mançester Yunayted Yay Futbol Məktəbi” start götürdü. Mançester Yunayted klubunun uşaq futbolu üzrə məşqçiləri Bakcell və AFFA menecerləri ilə birgə, ölkəmizin müxtəlif yerlərindən yay məktəbi üçün 32 uşaq seçdilər. Bu uşaqlardan 5 ən yaxşısını isə təlimin davamı üçün Mançesterə yollayacaqlar.
Təəccüb № 1. Bizim uşaqların necə məşq etdiyinə baxıram. Açıq danışacam, belə gözləmirdim. Hər şey peşəkarcasına. Ən azından, bir qışqırıq belə eşidilmədi. Hamı tərinin son damcısına kimi çalışırdı. Uşaqlar öz maksimumlarını ortaya qoyur, digərlərindən fərqlənməyə çalışır və futbolu peşəkar səviyyədə oynayırdılar — qaçmaq, topa açılmaq və boş mövqelərə çıxmaq. Və ən əsası bütün bunlar çox sürətli baş verirdi.
Sən demə, uşaqların məşqi həyətdə gördüyümüz o məhəllə futbolundan tamam fərqlənirmiş.
.png)
Təəccüb № 2. Məşqçi uşaqları su içməyə yığır və eyni zamanda, nəzəri cəhətləri uşaqların diqqətinə çatdırırdı. O, tərcüməçinin köməyi ilə uşaqlara sual verir: “Driblinqdə ən əsas nədir?” Uşaqlar çox səliqəli və sıra ilə, heç bir qışqırıqsız, səs-küysüz öz variantlarını səsləndirirlər, məşqçi isə öz növbəsində məmnuniyyətlə uşaqların cavablarını müzakirə edir.
Hətta ən mənasızları belə. Driblinqdə isə ən əsas sürət və BEYİNdir.
.png)
Təəccüb № 3. Növbəti “su içmə” zamanı məşqçi rəqiblərə və komanda yoldaşlarına qarşı hörmətdən danışır. Uşaqlar əllərində su qabları ilə futbolun ədəb normalarını çox böyük həvəslə dinləyirlər. Əvvəlki “su içmə”dən qalan boş su qabları qazonun üstünə atılmış vəziyyətdə idi. Nəzəri söhbət bitib meydançaya çıxmaq zamanı gəldikdə, məşqçi aşkar şəkildə yerdəki su qablarından birini götürdü və meydançanın kənarına qoydu. Uşaqlar onun hərəkətini təkrar etdilər və qazondakı zibilləri təmizlədilər.
Mədəniyyət – futbolun ayrılmaz hissəsi.
.png)
Təəccüblənmədim № 4. Təəccüblənmədim ancaq yenə də də gülməli gəldi. Uşaqlardan biri atasının göstərişi ilə məşqçiyə yaxınlaşdı və azərbaycansayağı, sözün hər iki mənasında, Mançester Yunayted emblemini göstərərək “məni seç də, nolaaaaar” dedi. Düşünürəm ki, bu, elə bizim “milli koloritimiz”dir.
Bəlkə də bu futbolda yaxşı əlamətdir amma...
.png)
Niyə görə bizdə normal futbol yoxdur? Düşünürəm ki, hal-hazırda, bu cür milli koloritlərimizi azaltmağın vaxtıdır.
Davamı var...
Emin Əfəndi
http://justfootball.az/xeberler/emin-efendinin-blogu-niye-gore-bizde-normal-futbol-yoxdur/
