3 iyun 2014 14:14
Kalmar Melvin Platyeni saxlamaqda maraqlıdır
İsveçin “Kalmar” klubunun baş məşqçisi Maqnus Nilsson Melvin Platyeni komandasında saxlamaqda maraqlıdır. Azerisport.az xəbər verir ki, hollandiyalı futbolçu “Neftçi”dən icarəyə götürülüb və yeni komandasında özünü göstərə bilib.
“Kalmar”ın idman direktoru Tomas Andersson Borstam “neftçilər”lə danışıqlara girmək niyyətində olduğunu bildirib:
“Platyenin icarə müddəti başa çatıb və biz onun komandamızda oynamağa davam etməsini istəyirik. Buna görə də onun Azərbaycandan olan sahibkarları ilə danışıqlar masası arxasına oturmaq niyyətindəyik”.
(FootbollTransfers)
