3 iyun 2014 13:55
Neftçi təkzib etdi və strategiyasını açıqladı
Bir qədər öncə xəbər verdiyimiz kimi, Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umar yerli mətbuata açıqlamasında "Neftçi"dən təklif aldığını açıqlamışdı. Azerisport.az xəbər verir ki, Azərbaycan klubu bu məlumatları təkzib edib.
Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbazsadə məsələ ilə bağlı açıqlamasında bunları qeyd edib: "Neftçi"nin Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək niyyətində olduğu haqda xəbər yayılıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, adıçəkilən futbolçunu Neftçi klubu tanımır, tanımaq belə istəmir. Əlcazair mətbuatına istinadla yazılmış xəbər həqiqəti əks etdirmir. Bu, Neftçinin adından istifadə edərək, özünüreklamdan başqa bir şey deyil. Biz Neftçi məni istəyir" deyərək, qiymətini qaldırmaq niyyəti güdmüş futbolçular haqda da az məlumat almamışıq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, Neftçi bu yay maksimum 2 transferlə kifayətlənəcək. Yeni mövsümdə Samir Məsimov, Məqsəd İsayev eləcə də digər gənclərimizlə səviyyəli legionerlərin vəhdətindən təşkil olunmuş Neftçini izləyəcəksiz. Neftçi PFK olaraq strategiyamız komandanı gəncləşdirməkdən ibarətdi. Bu, Neftçinin iddiasız olacağı anlamına gəlmir".