3 iyun 2014 13:40
Ermənistan klublarının oyunçuları qondarma DQR yığmasına kömək edə bilmədilər
Qondarma Dağlıq Qarabağ Respublikasının futbol üzrə yığma komandası tanınmamış ərazi qurumlarının dünya çempionatında debüt edib. Azerisport.az xəbər verir ki, ilk oyunda qondarma DQR yığması Men adası yığmasına 2:3 hesabı ilə məğlub olub.
Qondarma DQR yığmasının heyətində qondarma DQR çempionatında çıxış edən futbolçulardan başqa, Ermənistan komandalarından da futbolçular yer alıblar. “Ararat”dan Qapıçı Stepan Kazaryan, müdafiəçi Norayr Qriqoryan, hücumçu Gevroq Nranyan, “Şirak”dan hücumçu Andranik Barikyan, Tiqran Davtyan, “Uliss”dən Norayr Saakyan qondarma DQR yığmasının tanınmamış ərazi qurumlarının dünya çempionatındakı debüt oyununda meydana çıxıblar.
Qondarma DQR yığmasının qollarını Ermənistan birinci liqasının təmsilçisi “Kinq Delüks” (Abovyan) klubunun futbolçusu Miqran Manasyan vurub.
