3 iyun 2014 13:22
İtaliya yığması millimizi çox güman ki, Udinedə qəbul edəcək
Millimizin AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində İtaliya yığmasına qarşı səfərdə keçirəcəyi oyun çox güman ki, Udine şəhərində baş tutacaq. Azerisport.az xəbər verir ki, oyunu “Friuli” stadionunda keçirmək nəzərdə tutulub.
“Friuli” stadionu son dəfə beynəlxalq oyunu 2008-ci ildə qəbul edib. O zaman İtaliya yığması Gürcüstan millisi ilə üz-üzə gəlib.
Arenanın tutumu 30 min 600 nəfərdir. Bu ilin yay mövsümündə stadionun tribunaları üzərində dam örtüklərinin qurulması işlərinin başa çatdırılması nəzərdə tutulub.
