3 iyun 2014 01:00
Kipr KİV-i Qarabağı APOEL-in rəqibi görmək istəyir
Kipr KİV-i ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində APOEL-in mümkün rəqiblərini təhlil edərkən, çempionumuz “Qarabağ” haqda da danışıblar. Azerisport.az xəbər verir ki, Kipr KİV-i Qarabağı APOEL-in rəqibi görmək istəyir:
“İdeal rəqiblər sırasında APOEL üçün ən yaxşı variantlar “Legiya” (Polşa), “Srvena Zvezda” (Serbiya), “Slovan” (Slovakiya), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), “Qarabağ” (Azərbaycan), “Helsinki” (Finlandiya), “Maribor” (Sloveniya), “Olborq” (Danimarka) və “Dinamo” (Tiflis, Gürcüstan) klublarıdır. Bu dəstədə Polşa klubu ən güclü təsiri bağışlayır ki, son iki ildə xeyli tərəqqiyə nail olub. “Srvena Zvezda”nı da qeyd etmək olar. Ancaq son illər bu komanda xüsusi nəyəsə nail olmayıb. Həmçinin, APOEL Azərbaycandan olan kluba qarşı avrokuboklarda son görüşü də unutmamalıdır (“Neftçi”yə məğlubiyyət nəzərdə tutulur - qeyd). Buna görə də, nəzərə almaq lazımdır ki, orada olacaq bütün komandalar böyük diqqətə layiqdirlər”, Kipr KİV-i yazır.
