3 iyun 2014 13:13
Rumıniya klubunun bombardiri TPL-də oynaya bilər
Rumıniyanın “Braşov” klubunun hücumçusu Andrey Kristya TPL-də çıxış edə bilər. Azerisport.az Rumıniya KİV-nə istinadən xəbər verir ki, dörd aydan artıq müddətdə əməkhaqqını ala bilməyən futbolçu Rumıniya PFL-ə müraciət edib.
Futbolçunun müraciətində məqsəd, yaranmış vəziyyətlə bağlı azad agent statusu almaq olub. Hazırda “Styaua” və Buxarest “Dinamo”sunun sabiq hücumçusunun Rumıniya ilə yanaşı, Azərbaycan və Almaniyanın ikinci Bundesliqasından təklifləri var.
Qeyd edə ki, Kristya ötən mövsümdə səkkiz qolla komandasının bombardiri olub. Komandası isə mövsümün yekunlarına görə “elita”nı tərk edib.
