2 iyun 2014 00:28
Engin Kabaş: Qəbələ Kubokunda qələbəyə tamamilə bel bağlaya bilərdik
“Fənərbaxça”nın baş məşqçisi Engin Kabaş komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, Kabaş bunları söyləyib:
“Final oyununun ilk və son on dəqiqəsini nəzərə almasaq, komandam yaxşı oynadı. Qələbəyə tamamilə bel bağlaya bilərdik. Düşünürəm ki, bizim sadəcə, bəxtimiz gətirmədi. Nə etmək olar... Gənc yetirmələrim üçün bu turnir yaxşı təcrübədir”.
