2 iyun 2014 00:13
Anderlextin baş məşqçisi: Qəbələdə layiq olduğumuz qələbəni qazandıq
“Anderlext”in baş məşqçisi Stefan Stassin komandasının 15 yaşa qədər komandalar arasında keçirilən III “Qəbələ Kubokunda” çıxışını və çempionluğunu qiymətləndirib. Azerisport.az xəbər verir ki, Stassin bunları söyləyib:
“Turnir bizim üçün uğurlu alındı. Şadam ki, belə bir yarışda qalib gəldik. Komandama əmin idim. Fiziki cəhətdən güclü idik və layiq olduğumuz çempionluğu qazandıq. Akademiyamız Avropada ən yaxşılardan sayılır. Biz bunu hər dəfə sübut etməliyik. Turnirdə iki-üç yaxşı futbolçu gördüm. “Qəbələ” futbol akademiyası yaxınlarda yaradılıb. Nəticələr artıq üç-dörd ildən sonra olacaq”.
