2 iyun 2014 12:22

Alparslan Demir: Mən Qəbələnin oyunçularına qibtə etdim, Fənərbaxçanın belə şəraiti yoxdur

“Fənərbaxça”nın 15 yaşa qədər yeniyetmələrdən ibarət komandasının hücumçusu Alparslan Demir azerisort.az saytına müsahibəsində III Qəbələ Kuboku haqda danışıb:
- Komandanız turnir boyu inamlı təsir bağışlayır və final cütünün favoriti adını daşıyırdı. Nə üçün turniri qazanmaq mümkün olmadı?
- Biz turniri qazanacağımıza inanırdıq və həlledici oyuna öz gücümüzə əminliklə çıxdıq. Ancaq bəzi oyun nüansları qalib gəlməyə bizə imkan vermədi. Finalda Belçika “Anderlext”i bizə ciddi müqavimət göstərdi və biz onları məğlub edə bilmədik (0:1). Ümumilikdə, iştirakçıların heyəti mənim xoşuma gəldi. Bizim yaşda oyunçular üçün belə yarışlar ancaq fayda verir.
- Bəs “Qəbələ” komandasına gəlincə?
- Yaxşı komandadır. Ancaq biz hələlik daha güclüyük. Bunu nəticə də göstərir (3:0).
- İki il qabaq bu turnirin qalibinin “Qalatasaray” olduğunu bilirdinizmi?
(Gülümsəyir) Bu haqda Qəbələdə öyrəndim. Əgər onlar bu Kuboku qazanıblarsa, nə üçün biz bunu etməyək, deyə düşündük, ancaq öhdəsindən gələ bilmədik. Məşqçimiz üçün bu, ilk mövsüm idi və onu sevindirmək istəyirdik. Türkiyə çempionatında ikinci yeri tutaraq, bunu etmək alınmadı.
- Qəbələ xoşunuza gəlir?
- Bizdə Türkiyədə çoxlu gözəl, turistik yerlər var. Ancaq buna rəğmən, Qəbələ xoş mənada təəccübləndirdi. Xüsusilə meşələrlə örtülü dağlar. Həmçinin, klub bazası təəccüb doğurdu. Belə bir bazanı burada görəcəyimi gözləmirdim. Mən hətta “Qəbələ” futbolçularına qibtə etdim. Kaş, bizim belə şəraitimiz olaydı. Belə təmiz havada yaşamaq və məşq etmək, ancaq zövqdür.
- Doğrudanmı “Fənərbaxça” kimi bir klubun meydanları yoxdur?
- Meydanlar var, ancaq belə keyfiyyətli yox. Bəzən süni örtüklü meydanlarda məşq etmək lazım gəlir.
- “Qəbələ”yə keçin və sizin də belə şəraitiniz olacaq. Azərbaycanda yaxşı futbolçulara az pul vermirlər.
(Gülümsəyir) Sağ olun, dəyməz. Hörmətlə, ancaq mənim arzum “Fənərbaxça”nın əsas komandasında oynamaqdır. Həmçinin, əminəm ki, Superliqa sizin liqadan daha güclüdür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.