2 iyun 2014 11:44
Azərbaycan - Norveç: baş məşqçilər oyun haqda fikirlərini açıqlayıblar
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Azərbaycan - Norveç oyunu ilə bağlı hər iki yığmanın baş məşqçisi fikirlərini bildirib. Azerisport.az baş məşqçilərin fikrilərini diqqətinizə çatdırır:
Bernhard Lippert (Azərbaycan U-21 yığmasının baş məşqçisi): “Birinci hissədə pis oynamadıq. Bir neçə qol epizodundan yararlana bilmədik. Fasilədə oyunun ən yaxşılarından olan Elvin Yunuszadənin zədə səbəbindən əvəzlənməsi komandaya mənfi təsir göstərdi, özünəinam hissi azaldı. Topa nəzarəti itirdik, topsuz çox hərəkət etməli olduğumuzdan çox qüvvə sərf etdik və yorğunluq hesabda da öz əksini tapdı”.
Leif Gunnar Smerud (Norveç U-21 yığmasının baş məşqçisi): “Asan oyun olmadı. Təbii ki, qələbə qazandığımız üçün sevinirik. Lakin məni narazı salan məqamlardan biri yaradılan imkanların yalnız birindən istifadə etməyimiz oldu. Ümid edirəm ki, bu oyunda yol verdiyimiz səhvlər növbəti qarşılaşmalarda futbolçularımız üçün yaxşı dərs olacaq”.
(AFFA)
