2 iyun 2014 21:11
Ankaraspor Cavid İmamverdiyevlə müqavilə imzalamaq istəyir
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına müsahibəsində “Ankaraspor”un Cavid İmamverdiyevin xidmətlərində maraqlı olduğunu bildirib. Türkiyə klubu futbolçumuzu bir il müddətinə icarə götürmək fikrindədir.
Süleymanovun sözlərinə görə yekun qərar, “Neftçi”nin prezidenti Sadıq Sadıqovla komandanın məşqçi qərargahı arasında baş tutacaq görüşdən sonra veriləcək.
